Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətər Xarici İşlər Nazirliyi bəyanatında Qətər Dövlətinin Çadın paytaxtı N’Camenadakı Prezident Sarayına edilən və bir nəfərin ölümü, çox sayda insanın yaralanması ilə nəticələnən hücumu sərt şəkildə qınadığını bildirib.

Bəyanatda Qətərin zorakılıq və cinayət əməllərinə, səbəb və məqsədindən asılı olmayaraq, qarşı qəti mövqeyi və Çad Respublikasında təhlükəsizliyi və sabitliyi təmin etməyə olan güclü marağı vurğulanıb. Bəyanatda əlavə edilib:

“Nazirlik, Qətər Dövlətinin qurbanların ailələrinə, Çad hökumətinə və xalqına başsağlığı diləklərini çatdırır və yaralılara tezliklə şəfa diləyir.”

Azərbaycan İnformasiya Agentliyi

 

Anasayfa Reklam Alanı 1 728x90
facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp