Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətər tərəfini Baş nazir və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Tani, Küveyt tərəfini isə Xarici İşlər naziri Abdullah Əl Yəhya təmsil edib.

Tərəflər ikitərəfli əməkdaşlıq münasibətlərini müzakirə edərək, müxtəlif sahələrdə inteqrasiyanı daha da inkişaf etdirməyin yollarını araşdırıblar.

Al Tani, Qətər ilə Küveyt arasındakı güclü qardaşlıq bağlarını vurğulayaraq, hər iki ölkənin xalqlarının rifahı naminə bu əlaqələri gücləndirmək əzmində olduqlarını bildirib.

İclas zamanı Qətər Dövləti ilə Küveyt Dövləti arasında müxtəlif anlaşma memorandumları (MoU) və Qətər-Küveyt Ortaj Yüksək Komitəsinin altıncı iclasının protokolu imzalanıb.

Azərbaycan İnformasiya Agentliyi

 

Anasayfa Reklam Alanı 1 728x90
facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp