Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətər Dövləti Pakistan İslam Respublikası ilə Əfqanıstan arasındakı sərhəd bölgələrində artan gərginlik və qarşıdurmadan, eləcə də bunun regionun təhlükəsizliyi və sabitliyinə mümkün nəticələrindən narahat olduğunu bildirib.

Xarici İşlər Nazirliyi hər iki tərəfi dialoqa, diplomatiyaya və təmkinə üstünlük verməyə, gərginliyi azaltmaq və eskalasiyanın qarşısını almaq məqsədilə fərqləri nəzarət altına almağa çağırıb.

Nazirlik Qətər Dövlətinin beynəlxalq sülh və təhlükəsizliyi möhkəmləndirməyə yönəlmiş bütün regional və beynəlxalq səylərə dəstəyini bir daha təsdiqləyib və Pakistan və Əfqanıstan xalqlarının təhlükəsizliyi və rifahının təmininə sadiqliyini vurğulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp