Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətər Xarici İşlər Nazirliyinin açıqlamasında Pakistanın Dera İsmail Xan şəhərində təhlükəsizlik nəzarət məntəqəsini hədəf alan bombalı hücumun pisləndiyi bildirilib.

Açıqlamada hücum nəticəsində insanların həyatını itirməsi və yaralanmasından təəssüf ifadə olunub. Qətərin səbəb və ya əsaslandırmalarından asılı olmayaraq zorakılıq, terrorizm və cinayət xarakterli əməlləri rədd edən qəti mövqeyi bir daha vurğulanıb.

Qətərin hücumda həyatını itirənlərin ailələrinə, Pakistan hökumətinə və xalqına başsağlığı verdiyi, yaralananlara isə tezliklə sağalmalarını arzuladığı bildirilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp