Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qolikova bildirib ki, Rusiya əhalisinin təxminən dörddə biri, yəni 35,1 milyon nəfər əmək yaşını keçmiş şəxslərdən ibarətdir.

O, hökumət üzvləri ilə keçirdiyi iclasda deyib: “2025-ci il yanvarın 1-nə olan məlumata görə, əmək yaşını keçmiş vətəndaşların sayı 35,1 milyon nəfərdir ki, bu da əhalinin 24 faizini təşkil edir.”

Qolikova əlavə edib ki, Rusiya Federasiyasında yaşlı vətəndaşların maraqlarını qorumağa yönəlmiş 2030-cu ilədək Fəaliyyət Strategiyası bu kateqoriyadakı şəxsləri və onların ailələrini hədəfləyir. Strategiyanın əsas istiqamətləri sırasında çoxnəsilli ailə dəyərlərinin möhkəmləndirilməsi, yaşlıların sağlamlığının qorunması, fəal ömrün uzadılması və digər məsələlər yer alır.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp