Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukraynanın xarici işlər naziri Andrii Sibiha Qara dəniz sahilində yerləşən Odessa şəhərinin Rusiyanın son dövrlərdəki ən ağır hücumlarından birinə məruz qaldığını açıqlayıb.

Sibiha deyib: “Qara dəniz sahilindəki gözəl liman şəhəri Odessa dünən gecə Rusiyanın ən dəhşətli hücumlarından birinə məruz qaldı. Raketlər və pilotsuz uçuş aparatları kritik infrastrukturu, enerji mənbələrini və mülki şəxsləri hədəfə aldı.”

Hücumların yalnız Odessa ilə məhdudlaşmadığını vurğulayan Sibiha, Kirovohrad, Mykolaiv, Sumı, Xarkiv, Xerson və Çerniqov bölgələrinin də hədəf alındığını, bir çox yaşayış məntəqəsində hələ də elektrik kəsintilərinin davam etdiyini bildirib.

Rusiyanın hücumlarının intensivliyinə diqqət çəkən Sibiha qeyd edib: “450 hücum dronu və müxtəlif tipli 30 raket – Rusiyanın müharibəni bitirmək niyyətinin əsl göstəricisi budur.”

Sibiha bu hücumların tərəfdaş ölkələrin mühüm qərarları gecikdirməməli olduğunu göstərdiyini bildirərək deyib: “Bunlar tərəfdaşlarımızın mühüm qərarları təxirə salmaması üçün demək olar ki, beş yüz arqumentdir. Xüsusilə Rusiyaya qarşı sanksiyaların artırılması, Ukraynaya əlavə müdafiə və enerji dayanıqlılığı dəstəyi və Müharibə Təzminatları Krediti.”

Sibiha vurğulayıb ki, bu addımlar güc yolu ilə sülhü irəli aparacaq və əlavə edib: “Bu addımlar bizi həm döyüş meydanında, həm də danışıqlar masasında gücləndirir və mümkün olan ən qısa müddətdə atılmalıdır.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp