Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ Müdafiə Nazirinin ictimaiyyətlə əlaqələr üzrə müavini və Pentaqonun baş sözçüsü Şon Parnell qeyd edib ki, bu gün Suriyanın Palmira şəhərində ABŞ Ordusunun iki hərbçisi və bir amerikalı mülki tərcüməçi öldürülüb, üç nəfər yaralanıb.

Parnell hücumun hərbçilərin mühüm bir liderlə görüşü zamanı baş verdiyini bildirərək əlavə edib: “Onların missiyası bölgədə davam edən İŞİD-ə qarşı/terrorla mübarizə əməliyyatlarını dəstəkləmək idi.”

ABŞ-ın müdafiə naziri Pit Heqset isə deyib:

“Bu hücumu həyata keçirən vəhşi birgə qüvvələr tərəfindən öldürüldü. Bunu bilin ki, dünyanın harasında olursunuzsa olun, amerikalıları hədəf alsanız, qısa və nigaran ömrünüzün qalan hissəsini ABŞ-ın sizi ovlayacağını, tapacağını və amansızcasına öldürəcəyini bilə-bilə keçirəcəksiniz.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp