Suriyada 11 hərbçi üçün dəfn mərasimi keçirilib
Dəməşq, 19 sentyabr (Hibya) - Suriya Müdafiə Nazirliyi Deyr əz-Zor Milli Xəstəxanasında Deyr əz-Zorun qərbindəki Ayyaş qəsəbəsi yaxınlığında baş verən partlayış nəticəsində həlak olan 11 hərbçi üçün dəfn mərasimi keçirildiyini bildirib.
Suriya Müdafiə Nazirliyinin açıqlamasında Deyr əz-Zor Milli Xəstəxanasında Suriya Ərəb Ordusunun 11 hərbçisi üçün dəfn mərasimi keçirildiyi bildirilib.
Açıqlamada hərbçilərin Deyr əz-Zorun qərbindəki Ayyaş qəsəbəsi yaxınlığında yerləşən ordu mövqelərindən birində baş verən partlayış nəticəsində həlak olduğu qeyd edilib.
Azərbaycan İnformasiya Agentliyi