Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Mariya Zaxarova bildirib: “Çağırışımıza cavab olaraq, ABŞ Prezidenti Donald Tramp Şimali Atlantikdə keçirilən əməliyyat zamanı ABŞ tərəfindən daha əvvəl saxlanılan Mariner tankerinin heyətindən iki Rusiya vətəndaşını azad etmək barədə qərar verib. Bu qərarı alqışlayır və ABŞ rəhbərliyinə minnətdarlığımızı bildiririk.”

Na zirlik sözçüsü Rusiya vətəndaşlarının vətənlərinə tez bir zamanda qayıtmasını təmin etmək üçün praktiki işlərin davam etdiyini qeyd edib.

ABŞ qüvvələri yanvarın 7-də Marinerə mindikdən sonra heyətin səlahiyyətli qurumlarla əlaqəsi kəsilib. Gəmi dekabrın 24-də Rusiya bayrağı altında müvəqqəti üzmə icazəsi almışdı.

ABŞ Avropa Komandanlığı tankerinin “ABŞ sanksiyalarını pozduğu” üçün saxlanıldığını iddia edir. Ağ Evin mətbuat katibi Kerolayn Levitt heyətin cinayət ittihamları ilə üzləşə biləcəyini bildirib.

Rusiya Xarici İşlər Nazirliyi Marinerin ələ keçirilməsinin dəniz hüququnun ciddi pozuntusu olduğunu vurğulayıb və ABŞ-ın gəminin bayraq dövləti və sülh statusu barədə dəfələrlə məlumatlandırıldığını qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp