Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında Tbilisidə keçirilən dinc etiraza qarşı güc tətbiqi kəskin şəkildə qınanıb, ölkə hakimiyyəti gürcü vətəndaşlarının dinc etiraz hüququna hörmət etməyə, zorakılıqdan və təxribatlardan çəkinməyə çağırılıb.

Bəyanatda vurğulanıb ki, Gürcüstanda daxili siyasi vəziyyətin pisləşməsi birbaşa olaraq 26 oktyabrda keçirilən parlament seçkiləri zamanı baş verən çoxsaylı pozuntularla bağlıdır və bu pozuntular araşdırılmalı, məsuliyyət daşıyanlar cavab verməlidir.

Ukrayna, Gürcüstan hökumətinin 2028-ci ilə qədər Aİ-yə qoşulma danışıqlarını dayandırmaq qərarından məyus olduğunu bildirib. Bəyanatda deyilir:

“Bu qərar, dinc etirazlara qarşı güc tətbiqi ilə birlikdə, demokratik proseslərin Moskvanın xeyrinə narahatedici şəkildə geri çəkildiyinə işarə edir. Gürcüstan hökumətini xalqının əksəriyyətinin azad və demokratik Avropanın ayrılmaz bir hissəsi olmaq istəyinə hörmət etməyə çağırırıq.”

Hakimiyyət orqanları Aİ-yə üzvlük üçün zəruri islahatların həyata keçirilməsi üzrə öhdəliklərini yeniləməyə çağırılır.

Azərbaycan İnformasiya Agentliyi

 

Anasayfa Reklam Alanı 1 728x90
facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp