Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna XİN-in açıqlamasında qeyd olunur ki, Rusiyanın gecə həyata keçirdiyi hava hücumları nəticəsində mülki itkilər və genişmiqyaslı dağıntılar baş verib.

Bildirilib ki, Dnepr bölgəsində bir nəfər həlak olub, ikisi uşaq olmaqla beş nəfər yaralanıb. Yaşayış binaları, inzibati obyekt və avtomobillər zərər görüb. Həmçinin, Çerniqovda Rusiya istehsalı olan pilotsuz uçuş aparatının yaşayış binasına düşməsi nəticəsində üç nəfər yaralanıb, bir nəfər xəstəxanaya yerləşdirilib.

Açıqlamada daha sonra deyilir:

"Sumı bölgəsində, Oxtırkada yerləşən doqquzmərtəbəli binaya Rusiya PUA-sının hücumu nəticəsində ikinci və beşinci mərtəbələr arasında yerləşən bir neçə mənzildə yanğın baş verib. Xilasedicilər 35 nəfəri təxliyə edib və biri uşaq olmaqla daha 7 nəfəri zərər çəkmiş mənzillərdən xilas ediblər."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp