Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna xarici işlər naziri Sibiha Fransa xarici işlər naziri Barro ilə sülh səyləri və mühüm qərarlar barədə görüş keçirdi.

Sibiha, Könüllülər Koalisiyası liderlərinin görüşünün nəticələri barədə fikir mübadiləsi apararaq bildirib: “Biz Avropanın təhlükəsizlik arxitekturasının formalaşdırılması üçün bunun mühüm format olduğu fikrindəyik.”

Sülh səylərində yeni dinamika barədə Barroya məlumat verən Sibiha, işlərin sürətləndiyini və prosesin daha da intensivləşdiyini qeyd etdi.

Davamlı sülh üçün güclü təhlükəsizlik zəmanətlərinin vacibliyini vurğulayan Sibiha əlavə edib:

“Gələn həftə keçiriləcək Avropa Şurasının iclası da daxil olmaqla mühüm tədbirlər ərəfəsində mövqelərimizi koordinasiya etdik. Dondurulmuş Rusiya aktivlərindən tam istifadə edilməsinin və Ukraynanın Aİ-yə üzvlük danışıqları fəsillərinin açılmasının vacibliyini və təcili olduğunu vurğuladım.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp