Weel: Rusiya sülh yerinə əzabı seçir
Amsterdam, 8 noyabr (Hibya) – Niderlandın xarici işlər naziri David van Weel Rusiyanın ötən gecə Ukraynaya qarşı həyata keçirdiyi hücumla bağlı açıqlama verib.
Xarici işlər naziri Weel bildirib ki, ötən gecə yüzlərlə Rusiya dronu və raketi Ukraynanı vurub, nəticədə mülki şəxslər həlak olub, yaşayış evləri və həyati əhəmiyyətli enerji infrastrukturu məhv edilib.
O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin sülh əvəzinə əzabı seçib və əlavə edib: “Biz Ukraynaya dəstəyimizi davam etdirəcəyik və Rusiyaya işğalçı müharibəsini dərhal dayandırması üçün təzyiqi artıracağıq.”
Azərbaycan İnformasiya Agentliyi