Yalovada 60 milyon dollarlıq otel yatırımı tamamlandı
Turizm sektorunda fəaliyyət göstərən Karaderili Şirkətlər Qrupu Yalovada həyata keçirdiyi 60 milyon dollarlıq Terma Garden otel layihəsini tamamladı. Şirkət yeni obyektin 15 maydan etibarən qonaq qəbuluna başlayacağını açıqladı.
Qrupun Yalovadakı yeni yatırımı ilə ümumi tutum 5 259 çarpayı və 278 apart mənzilə çatdı. Şirkət rəsmiləri Yalovada bu günə qədər həyata keçirilən ümumi investisiyanın 230 milyon dollar olduğunu bildirdilər.
378 otaq və 1 000 çarpayı tutumuna malik Terma Garden termal turizm yönümlü yaşayış kompleksi kimi planlaşdırılıb. Obyektdə 2 500 kvadratmetr spa və wellness sahəsi, müxtəlif konseptli hovuzlar və termal su istifadəsi üçün xüsusi sahələr mövcuddur.
Şirkət bu yeni investisiya ilə Yalovada qəbul edilən xarici turistlərin sayını artırmağı və bölgəyə valyuta axını təmin etməyi hədəfləyir. Qeyd olunub ki, qrupun mövcud marketinq şəbəkəsində Türk respublikaları, Yaxın Şərq və Asiya ölkələrindən gələn turistlər mühüm yer tutur.
Layihənin Yalovanın termal turizm sahəsində mövqeyini gücləndirməsi, region iqtisadiyyatına töhfə verməsi və yeni iş yerləri yaratması gözlənilir. Terma Gardenın rəsmi açılışı ilə bağlı detalların yaxın günlərdə açıqlanacağı bildirilib.
Karaderili Şirkətlər Qrupu Kuşadası, Bodrum, Kütahya, Afyon və Yalovadakı investisiyaları ilə turizm və daşınmaz əmlak sahəsində fəaliyyətini davam etdirir.
Azərbaycan İnformasiya Agentliyi