Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Yaxın Şərq səhm bazarlarında investorların ehtiyatlı mövqeyi və satış yönümlü əməliyyatların üstünlük təşkil etməsi səhm qiymətlərinin azalmasına səbəb olub. Qətərin QE General indeksi günü 2,21 faiz kəskin enişlə 9 005,61 bənd səviyyəsində başa vuraraq regionda ən çox dəyər itirən bazar olub.

Regionda ən yüksək ticarət həcminə malik fond birjasını təmsil edən Səudiyyə Ərəbistanının Saudi Tadawul All Share indeksi də 1,57 faiz azalaraq 10 376,28 bəndə geriləyib. Birləşmiş Ərəb Əmirliklərində DFM General (Dubay) indeksi 1,67 faiz, İsrailin TA 35 indeksi isə 0,16 faiz dəyər itirib. Region üzrə satış təzyiqinə baxmayaraq, Küveytin Premier Market indeksi müsbət dinamika nümayiş etdirərək 0,15 faiz artımla 9 063,91 bəndə yüksəlib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp