Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Zelenski qeyd edib ki, Vitkoff və Kuşner ilə uzun və əhatəli telefon danışığı aparıb və Ukrayna tərəfindən Andrii Hnatov və müdafiə naziri Rustem Umerov da görüşə qoşulub.

Onun sözlərinə görə, danışıq “fokuslanmış və konstruktiv” olub; qan tökülməsinin dayandırılması, Rusiyanın yeni işğal riskinin aradan qaldırılması və Moskvanın öhdəliklərini yerinə yetirməməsi halında təhlükəsizlik təminatları müzakirə edilib.

Zelenski vurğulayıb ki, “Ukrayna həqiqi sülhün təmin olunması üçün ABŞ-la xoş niyyətlə çalışmağa qərarlıdır”. O bildirib ki, tərəflər növbəti addımlar və danışıqlar formatları barədə razılığa gəliblər. Zelenski həmçinin ABŞ Prezidenti Donald Trampa fəal vasitəçilik səylərinə görə təşəkkür edib.

Prezident əlavə edib ki, müdafiə naziri Umerov və general Hnatovdan ona ətraflı hesabatı şəxsən təqdim etmələrini gözləyir: “Hər şeyi telefonda danışmaq olmur. Sülh, təhlükəsizlik və bərpa üçün atılan hər addım həyata keçirilə bilən olmalıdır.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp