Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda Finlandiya Prezidenti Alexander Stubb və Norveçin Baş naziri Jonas Gahr Store ilə keçirdiyi görüşdə Ukraynaya dəstək və enerji infrastrukturunun qorunması ilə bağlı məsələləri müzakirə edib.

Finlandiya və Norveçin Ukrayna üçün çox güclü tərəfdaşlar olduğunu bildirən Zelenski, “İlk növbədə qış paketi və enerji infrastrukturumuzun Rusiya hücumlarından qorunması məsələsini müzakirə etdik.” deyib.

Qış başlamazdan əvvəl hava hücumundan müdafiəni mümkün qədər gücləndirmək və Rusiyanın ballistik terror strategiyasının nəticəsiz qalmasını təmin etmək üçün çalışdıqlarını bildirən Zelenski, Amerika nümayəndə heyəti ilə keçirilən danışıqlar və görüşlər barədə Stubb və Store-a da məlumat verdiyini qeyd edib.

Zelenski Rusiyaya təzyiqin sanksiyalar və Ukraynaya verilən dəstək vasitəsilə artırılmalı olduğunu bildirərək, “Sülhün alternativi yoxdur.” deyib.

Zelenski həmçinin Stubb ilə PUA Sazişi imzaladıqlarını bildirərək, sazişin xalqların birgə qorunması və iki ölkə arasındakı tərəfdaşlığın gücləndirilməsi baxımından mühüm addım olduğunu qeyd edib. Zelenski insanların həyatını qorumağa kömək edən imkanları ən yaxın dostları ilə bölüşməyə hazır olduqlarını bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp