Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın gecə ərzində həyata keçirdiyini bildirdiyi hücumlarda 14 nəfərin yaralandığını, Zaporijyada isə 2 nəfərin həyatını itirdiyini açıqlayıb.

Zelenski Kiyev, Zaporijya, eləcə də Odesa, Sumi və Xarkiv vilayətlərində çoxsaylı yaşayış binalarının hücumların hədəfi olduğunu bildirib.

Hücumlarda mülki infrastrukturun da zərər gördüyünü bildirən Zelenski Kiyevdə bir uşaq bağçasının, Kiyev vilayətində bir liseyin, Xarkivdə bir universitetin, Poltava, Mikolayiv və Vinnitsiya vilayətlərində isə enerji infrastrukturunun zədələndiyini qeyd edib.

Zelenski Zaporijyada həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verərək deyib: “Rusiya hər gün gərginliyi artırır. Əgər ruslar hücumlarını daha da qəddar etməyi seçiblərsə, dünya müharibənin daha da yayılmasının qarşısını almaq üçün daha güclü cavablar seçməlidir.”

Zelenski ABŞ Prezidenti Donald Trampı Rusiyaya və müharibəni maliyyə baxımından dəstəkləyənlərə qarşı Lindsey Graham Qanununu tətbiq etməyə çağırıb, həmçinin Avropa İttifaqı Şurasının Prezidenti António Costa və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyendən əlavə sanksiyalar tətbiq etmələrini istəyib.

Zelenski həmçinin liderləri rus oliqarxlarını mövcud sanksiya siyahılarından çıxarmamağa və Rusiya müharibəni başa çatdırana qədər ticarət məhdudiyyətlərini davam etdirməyə çağırıb.

Zelenski sülhün birgə səylərlə hər gün daha da yaxınlaşdırılmalı olduğunu bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp