Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Kiyevə hücumlarından sonra dağıntıların aradan qaldırılması işlərinin səhər saatlarından davam etdiyini açıqlayıb. Rusiyanın çox sayda PUA-dan istifadə etdiyini bildirən Zelenski hücumlarda dərman istehsalı müəssisələri, yanacaqdoldurma məntəqələri, dəmir yolları, rabitə infrastrukturu və ticarət mərkəzləri kimi mülki və kritik infrastruktur obyektlərinin hədəfə alınmasının davam etdiyini qeyd edib.

İndiyədək daxil olan məlumata görə, iki nəfərin həyatını itirdiyini, 24 nəfərin yaralandığını bildirən Zelenski həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib. Zelenski həmçinin səkkiz bölgədə müxtəlif şəhər və yaşayış məntəqələrinə də hücumların həyata keçirildiyini bildirib.

BMT Baş Assambleyası zamanı keçirilən hər görüşdə Ukraynaya dəstəyin davam etdirilməsini təmin etmək üçün çalışdıqlarını deyən Zelenski, sanksiyalar vasitəsilə Rusiyaya ədalətli təzyiq göstərilməsinin də eyni dərəcədə vacib olduğunu bildirib.

Zelenski tərəfdaşlarının demək olar ki, hamısının hücumlar və müharibə davam etdiyi bir vaxtda zəiflik göstərməyin zamanı olmadığı barədə razılaşdığını qeyd edib.

Sanksiyaların Rusiyaya və onun oliqarxlarına müharibənin başa çatmalı olduğunu göstərməli olduğunu vurğulayan Zelenski, “Ukraynaya dəstək verən hər kəsə təşəkkür edirəm!” deyib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp