Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski qeyd edib ki, Ukraynanın hava müdafiə sistemi “Patriot” komponentləri ilə gücləndirilib. O bildirib ki, bu addım insanların Rusiya hücumlarından qorunması məqsədilə atılıb və əlavə edib: “İnsanları Rusiya terrorundan qorumaq üçün atdığımız bu birgə addıma görə Almaniyaya və şəxsən kansler Fridrix Mersə təşəkkür edirəm.”

Zelenski vurğulayıb ki, hava müdafiəsinin gücləndirilməsi uzun müddətdir planlaşdırılırdı və əldə edilən razılaşmalar artıq həyata keçirilir. Prezident qeyd edib ki, Rusiya hərbi məqsədlərinə nail ola bilmədiyi üçün bunu terror vasitəsilə kompensasiya etməyə çalışır və bu səbəbdən hava müdafiəsinin gücləndirilməsi müharibənin sonuna yaxınlaşmağa kömək edəcək.

“Biz tərəfdaşlarımızla birlikdə etibarlı hava müdafiə sistemi qurmaq üçün işləməyə davam edirik. Bacarıqlarımız yalnız Ukraynanın deyil, lazım gəldikdə tərəfdaşlarımızın da təhlükəsizliyini təmin edəcək. Təhlükəsizliyimiz bölünməz olduğuna görə, hava müdafiəmiz hamımızı qorumalıdır,” – deyə Zelenski əlavə edib.

O, hava müdafiəsini gücləndirməyə yönəlmiş addımların hökumət səviyyəsində və sistem istehsalçıları ilə aparılan danışıqlar vasitəsilə davam etdiyini və daha çox nəticələrin əldə ediləcəyini qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp