Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Media Azadlığı Koalisiyasının (Media Freedom Coalition) 25 üzvü Yaxın Şərqdə baş verən son hadisələrlə əlaqədar jurnalistlərin təhlükəsizliyi və informasiyaya çıxış barədə birgə bəyanat yayıb.

Belçika Xarici İşlər Nazirliyinin paylaşdığı birgə bəyanata görə, münaqişələr zamanı müstəqil jurnalistikanın zərər çəkmiş icmaları düzgün və vaxtında məlumatla təmin etməklə mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Jurnalistlərin və media əməkdaşlarının münaqişə bölgələrində baş verənləri dünyaya çatdırmaqda əvəzsiz rol oynadığı bildirilib.

Birgə bəyanatda bölgədə jurnalistlərin ölümü, saxlanılması və həbs olunması ilə bağlı narahatlıq ifadə edilib. 7 oktyabr 2023-cü ildən etibarən Qəzza və Livanda davam edən münaqişələr zamanı çox sayda jurnalist və media əməkdaşının həyatını itirdiyi, jurnalistlərin münaqişə bölgələrinə çıxışının isə getdikcə daha çox məhdudlaşdırıldığı qeyd olunub.

Bəyanatda İsrail hökumətinin iki ildən artıqdır jurnalistlərin Qəzzaya müstəqil girişinə mane olduğu, HƏMAS-ın isə zorakılıq və təzyiq yolu ilə jurnalistlərin sərbəst xəbər hazırlamasını məhdudlaşdırdığı iddia edilib. İranda jurnalistlərə qarşı təzyiqlərə və internetə çıxışda fasilələrə də diqqət çəkilib.

Koalisiya üzvləri jurnalistlərə, media infrastrukturuna, mətbuat obyektlərinə və media nəqliyyat vasitələrinə qarşı hər cür zorakılığı pisləyərək beynəlxalq humanitar hüquqa riayət olunmasına, jurnalistlərin də mülki şəxslərlə birlikdə qorunmasına çağırıb.

Bəyanatda həmçinin jurnalistlərə qarşı bütün hücumların milli və beynəlxalq hüquq çərçivəsində araşdırılmasının və məsul şəxslərin cavab verməsinin təmin edilməsinin vacibliyi bildirilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp