Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İspaniyanın Baş naziri Pedro Sançes ölkədə baş verən meşə yanğınları ilə bağlı açıqlama verib.

Sançes bildirib ki, yanğınlarla mübarizədə bütün qurumlar koordinasiya və komanda ruhu ilə çalışır, yeganə prioritet isə insan həyatını xilas etmək və alovları söndürməkdir.

Yaxın günlərdə yeni isti hava dalğasının gözlənildiyini xatırladan Sançes vətəndaşları ehtiyatlı olmağa çağırıb.

Sançes həmçinin iqlim fövqəladə vəziyyətinə qarşı dövlət paktının yaradılmasının vacibliyini bir daha vurğulayaraq, İspaniya hökumətinin yanğınlardan zərər çəkmiş bölgələrin bərpasına dəstəyini davam etdirəcəyini bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp