ABŞ-da 100-dən çox kommersiya sürücülük məktəbi araşdırılır
Vaşinqton, 31 avqust (Hibya) – Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nəqliyyat Nazirliyi (USDOT) kommersiya sürücülük vəsiqəsi (CDL) üzrə təlim verən və fəaliyyətində qanun pozuntuları müəyyən edilən sürücülük məktəblərinə qarşı genişmiqyaslı əməliyyata başlayıb. Ağ Ev istintaq çərçivəsində 100-dən çox məktəbin bağlanmasının hədəfləndiyini açıqlayıb.
Ağ Evin açıqlamasında sözügedən məktəblərin ingilis dilini bilməyən şəxslərə ağır kommersiya nəqliyyat vasitələrini idarə etməyə icazə verdiyi və bunun Amerika vətəndaşlarının təhlükəsizliyini riskə atdığı iddia olunub.
Açıqlamada Tramp administrasiyasının qurumlararası əməkdaşlıq çərçivəsində bu qanun pozuntularını araşdıracağı və saxtakarlıq etdiyi müəyyən edilən məktəblərin bağlanacağı bildirilib. Tədbirin yolları daha təhlükəsiz etmək məqsədi daşıdığı qeyd olunub.
Azərbaycan İnformasiya Agentliyi