Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ağ Ev yanacaq qənaəti standartları və elektrikli avtomobillərlə bağlı qaydalara dair açıqlama yayıb.

Ağ Evin açıqlamasında deyilir: “Biden administrasiyası avtomobil qiymətlərini əhəmiyyətli dərəcədə artıracaq radikal yanacaq qənaəti standartlarını və elektrikli avtomobil məcburiyyətlərini dəstəklədi”.

Açıqlamada Prezident Donald Trump və nəqliyyat naziri Sean Duffy-nin atdığı addımların həmin standartları aradan qaldıracağı iddia olunaraq, bunun amerikalı ailələr üçün yeni avtomobilin orta qiymətini 1 300 dollar azaldacağı bildirilib.

Ağ Ev həmçinin sözügedən addımların yüz milyardlarla dollar qənaət təmin edəcəyini qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp