Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Kanadanın xarici işlər naziri Anita Anand Macarıstanın xarici işlər naziri Anita Orbán ilə keçirdiyi görüşlə bağlı açıqlama verib.

Anand deyib: “Rusiyanın Ukraynaya qarşı qanunsuz təcavüzünün ortaq təhlükəsizliyimiz üçün nəticələri var. Macar həmkarım Anita Orbán ilə Ukraynaya dəstəyin davam etdirilməsini və NATO müttəfiqləri kimi ortaq məsuliyyətlərimizi müzakirə etdim”.

Anand bildirib ki, görüşdə transatlantik əməkdaşlıqla yanaşı, iki ölkə arasında ticarət və investisiyaların inkişaf etdirilməsi imkanları da müzakirə olunub. O, bu səylərin iki ölkənin xalqları arasında uzun illərdir davam edən əlaqələr üzərində qurulduğunu qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp