ABŞ Prezidenti Bayden: Nasrallahın ölümü çox sayda qurban üçün ədalət ölçüsüdür
ABŞ Prezidenti Bayden Hizbullah Baş katibi Həsən Nasrallahın öldürülməsi ilə bağlı açıqlama verib.
Nasrallahın və Hizbullahın 40 illik terror dövründə yüzlərlə amerikalının ölümünə görə məsuliyyət daşıdığını qeyd edən Bayden, “İsrailin hava hücumu nəticəsində ölümü minlərlə amerikalı, israilli və livanlı mülki vətəndaş üçün ədalət ölçüsüdür” deyib.
Bayden Nasrallahı öldürən hücumun 7 oktyabr 2023-cü il tarixində Fələstin İslam Hərəkatı tərəfindən təşkil edilən qətliamla başlayan daha geniş münaqişə çərçivəsində baş verdiyini vurğulayıb.
"ABŞ İsrailin Hizbullah, Fələstin İslam Hərəkatı, Hutilər və İranın dəstəklədiyi digər terror qruplarına qarşı özünü müdafiə hüququnu tam dəstəkləyir. Nəticədə məqsədimiz həm Qəzzada, həm də Livanda davam edən münaqişələri diplomatik yollarla azaltmaqdır.”
Azərbaycan İnformasiya Agentliyi