Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə Küveytin xarici işlər naziri Şeyx Cərrah Cabir əl-Əhməd əl-Sabah Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda görüşüblər.

İki nazir Pakistan-Küveyt münasibətlərini nəzərdən keçirib və iki ölkə arasında yüksək səviyyəli təmasların davam etdirilməsindən məmnunluqlarını ifadə ediblər. Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı qətiyyətlərini təsdiqləyiblər.

Görüşdə Yaxın Şərqdəki vəziyyət başda olmaqla regional və beynəlxalq hadisələr də müzakirə olunub. Tərəflər bütün məsələlərin həlli, eləcə də sülh və sabitliyin dəstəklənməsi üçün “dialoq və diplomatiyanın davam etdirilməsinin vacibliyini” vurğulayıblar.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp