Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Kanadanın Baş naziri Mark Carneyin açıqlamasına görə, Danimarka Krallığı, Qrenlandiya və ABŞ Qrenlandiya ilə Arktikanın təhlükəsizliyini gücləndirmək məqsədilə razılığa gəlib. Carney razılaşmanın Qrenlandiya xalqının öz müqəddəratını təyin etmək hüququna və Danimarkanın suverenliyinə hörmət etdiyini bildirib.

Carney Kanadanın Arktika ölkəsi və etibarlı NATO müttəfiqi olduğunu bildirərək, ölkəsinin Arktikanın təhlükəsiz, suveren və sabit qalmasına töhfə vermək üçün müttəfiqləri ilə əməkdaşlığı davam etdirəcəyini qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp