Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Avropa fond birjalarında son ticarət günündə qarışıq dinamika müşahidə olunub. Böyük Britaniya və İtaliya birjalarında yüksəliş qeydə alındığı halda, digər əsas Avropa indekslərində əsasən sabit vəziyyət müşahidə edilib.

Böyük Britaniyada FTSE 100 indeksi 1,06 faiz artaraq 10 552,05 bəndə yüksəlib. İtaliyada FTSE MIB indeksi də 448,43 bənd artaraq 49 746,31 bəndə çatıb.

STOXX Europe 600 indeksi 631,55 bənd, Almaniyanın DAX indeksi 25 087,27 bənd, Fransanın CAC 40 indeksi isə 7 803,33 bənd səviyyəsində qeydə alınıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp