Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Berlin şəhərində bir araya gələn Avropa liderləri Ukraynada ədalətli və davamlı sülhün təmin edilməsi məqsədilə ABŞ və Ukrayna ilə sıx əməkdaşlıq etdiklərini bildirdilər. Birgə bəyanatda liderlər Prezident Zelenski və Prezident Trampın komandalarının son dövrdə nümayiş etdirdiyi koordinasiyanı məmnunluqla qarşıladıqlarını qeyd etdilər.

Bəyanatda aşağıdakı əsas məqamlar önə çıxarıldı:

“Ukraynanın təhlükəsizliyinin, suverenliyinin və rifahının Avro-Atlantik təhlükəsizliyin ayrılmaz hissəsi olduğu vurğulandı. Ukraynanın silahlı qüvvələrinin sülh dövründə 800 min hərbçi səviyyəsində saxlanılması və münaqişələrin qarşısını ala biləcək potensiala malik olması üçün davamlı dəstəyin təmin ediləcəyi bildirildi. ABŞ dəstəkli atəşkəsin monitorinqi və yoxlanması mexanizmi yaradılacaq, mümkün hücumlara qarşı erkən xəbərdarlıq və əks tədbirlər təmin olunacaq. Gələcəkdə hər hansı silahlı hücum halında sülh və təhlükəsizliyi təmin etmək üçün hüquqi baxımdan məcburi tədbirlərin görüləcəyi ifadə edildi. Ukraynanın yenidən qurulması və iqtisadi bərpası üçün resurslar ayrılacaq, Rusiyanın vurduğu zərərin kompensasiya edilməsi gündəmdə olacaq. Ukraynanın Avropa İttifaqına üzvlüyü qətiyyətlə dəstəklənəcək. Beynəlxalq sərhədlərin zorla dəyişdirilə bilməyəcəyi vurğulandı və ərazi məsələləri ilə bağlı yekun qərarın Ukrayna xalqına məxsus olacağı bildirildi.”

Liderlər bütün tərəflərin davamlı sülhə nail olmaq üçün intensiv şəkildə çalışmalı olduğunu qeyd edərək Rusiyanı Trampın sülh planına uyğun olaraq atəşkəsə razı olmağa çağırdılar. Bəyanat Merkel, Stubb, Makron, Kristersson, Frederiksen, Meloni, Schoof, Store, Tusk, Starmer, Costa və fon der Leyenin imzasını daşıyır.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp