Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Tramp Oval kabinetdə jurnalistlərə açıqlamasında deyib: “Məncə, hazırda indiyə qədər heç vaxt olmadığı qədər yaxınıq və nə edə biləcəyimizi görəcəyik.”

ABŞ-ın bu qiymətləndirməsi Avropa, Ukrayna və ABŞ rəsmiləri arasında Berlində iki gün davam edən danışıqlardan sonra səsləndirilib. Danışıqlarda Trampı xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner təmsil edib.

ABŞ Prezidenti bazar ertəsi günü inkişaf edən razılaşmanı müzakirə etmək üçün Avropa liderləri ilə telefon vasitəsilə keçirilən şam yeməyinə qatılıb. Həmin gün ərzində Tramp Uitkoff və Kuşner ilə iki dəfə danışıb.

Görüşdən sonra Tramp bildirib: “İşlər zahirən yaxşı gedir, lakin biz bunu uzun müddətdir deyirik və bu, çətin vəziyyətdir.”

Tramp danışıqların “çox yaxşı” keçdiyini və Ukrayna Prezidenti Volodimir Zelenski ilə də “uzun bir söhbət” apardığını söyləyib. O, həmçinin ABŞ-ın Rusiya Prezidenti Vladimir Putinlə də əlaqədə olduğunu qeyd edib.

ABŞ-lı rəsmilərdən biri bazar ertəsi günü açıqlamasında Rusiya və Ukrayna arasındakı problemlərin təxminən 90 faizinin həll edildiyini, lakin ərazi güzəştləri məsələsinin hələ də problem olaraq qaldığını deyib. Rəsmi ABŞ tərəfinin çıxmazı aradan qaldırmaq üçün “düşündürücü” ideyalar irəli sürdüyünü, bunlar arasında “iqtisadi azad zona”nın yaradılmasının da olduğunu bildirib.

Rəsmilər danışıqlar zamanı Rusiyanın gələcək təcavüzünün qarşısını almaq, münaqişələrin qarşısını almaq və mümkün sülh razılaşmasına nəzarət etmək məqsədi daşıyan “5-ci maddə”yə bənzər bir sıra təhlükəsizlik zəmanətlərinin daha ətraflı müzakirə edildiyini bildiriblər. Lakin onlar ABŞ-ın rolu da daxil olmaqla təfərrüatlara varmaqdan çəkinərək yalnız ABŞ qoşunlarının quru əməliyyatlarında iştirak etməyəcəyini vurğulayıblar.

Zelenski bazar günü Kiyevin NATO üzvlüyü əvəzinə təhlükəsizlik zəmanətləri üzərində razılığa gəldiyini bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp