Azərbaycandan Qırğızıstana Müstəqillik Günü mesajı
Azərbaycan Müdafiə Nazirliyi Qırğızıstanı 31 Avqust Müstəqillik Günü münasibətilə təbrik edərək ölkəyə sülh, sabitlik və rifah arzulayıb.
Azərbaycan Müdafiə Nazirliyi Qırğızıstanın Müstəqillik Günü münasibətilə mesaj yayımlayıb.
Nazirliyin sosial media hesabında yayımlanan açıqlamada, “Qardaş Qırğızıstan xalqına ən səmimi təbriklərimizi çatdırır, ölkəyə davamlı sülh, sabitlik və rifah arzulayırıq” ifadələrinə yer verilib.
Azərbaycan İnformasiya Agentliyi