Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqaei sosial media hesabında Fransaya qarşı sərt tənqidlər səsləndirib. Baqaei bildirib ki, ikiüzlülük Fransa siyasi mədəniyyətində köklü bir problemdir və bu fikrini Molyerin məşhur “Tartüf” əsərinə istinad edərək əsaslandırıb.

Baqaei Fransanın İran şəhərlərinə qarşı hücumlar zamanı susduğunu iddia edərək, Minab, Tehran, Lamerd və İsfahan da daxil olmaqla müxtəlif şəhərlərdə mülki şəxslərin həlak olduğunu bildirib. O, həmçinin Fransa rəsmilərinin yalnız susmaqla kifayətlənmədiyini, hücumlarda şərik olduqlarını iddia edib.

İranlı sözçü Fransa hökumətinin insan hüquqları məsələsini yalnız siyasi maraqları tələb etdikdə gündəmə gətirdiyini irəli sürərək, Parisin bu sahədəki yanaşmasını “seçici vicdan” kimi qiymətləndirib.

Baqaei açıqlamasında deyib: “Fransa siyasi mədəniyyətinin əsas xüsusiyyəti ikiüzlülükdür. İran şəhərləri bombalanarkən və günahsız iranlılar öldürülərkən siz susurdunuz. Amma bu gün siyasi maraqlarınız tələb etdikdə birdən-birə dünyaya insan hüquqları barədə dərs keçməyə çalışırsınız. Nə böyük Tartüf (ikiüzlü)!”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp