Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ-nin Türkiyədəki səfiri Tom Barrack İstanbul Hava Limanının dünyanın ən çox bağlantıya malik hava limanı mövqeyinə yüksəldiyini bildirərək, İstanbul Hava Limanının operatoru İGA-nın baş direktoru Səlahəddin Bilgəni və bütün İGA komandasını təbrik edib.

Barrack açıqlamasında İstanbul Hava Limanının OAG Megahubs 2026 reytinqində Hitrou Hava Limanını geridə qoyaraq birinci yeri tutduğunu qeyd edib. Hava limanının 337 istiqamətə uçuşlar təklif etdiyini və bir gün ərzində təxminən 90 min müxtəlif uçuş bağlantısı imkanı yaratdığını bildirən Barrack, Türkiyənin dünyanın kəsişmə nöqtəsində yerləşdiyini və İGA-nın bu mövqeyi gücləndirən aviasiya mərkəzi inşa etdiyini vurğulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp