Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid Əl Zayani Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Darın dəvəti ilə Pakistana rəsmi səfər edəcək.

Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, səfər çərçivəsində İshaq Dar və Əl Zayani Pakistan-Bəhreyn Birgə Nazirlər Komissiyasının 3-cü iclasına birgə sədrlik edəcəklər.

Görüşlərdə iki ölkə arasındakı münasibətlərin bütün aspektləri müzakirə olunacaq, həmçinin ticarət, investisiya, iqtisadi əməkdaşlıq, müdafiə və təhlükəsizlik, əmək qüvvəsi və mədəni mübadilə başda olmaqla müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün atıla biləcək addımlar qiymətləndiriləcək.

Tərəflərin həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq prosesləri, eləcə də çoxtərəfli platformalarda əməkdaşlığı müzakirə edəcəyi bildirilib.

Açıqlamada Pakistan və Bəhreyn arasındakı münasibətlərin ortaq inanc və dəyərlərə, qarşılıqlı hörmətə və xalqlar arasında uzunmüddətli əlaqələrə əsaslandığı qeyd olunaraq, səfərin iki ölkə münasibətlərindəki dinamikanı və ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində ortaq iradəni əks etdirdiyi bildirilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp