Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Belçika və Qazaxıstan kritik xammal təchizat zəncirlərinin təhlükəsizliyini artırmaq məqsədilə əməkdaşlığı gücləndirmək qərarına gəliblər.

Belçika Xarici İşlər Nazirliyinin sosial media hesabında yayımlanan açıqlamaya görə, Qazaxıstanın paytaxtı Astanada kritik minerallara dair dəyirmi masa iclası keçirilib.

Açıqlamada Qazaxıstanın Avropanın kritik xammal siyahısındakı 34 maddədən 19-na sahib olduğu, Belçikanın isə bu maddələrin emalı və təkrar emalı sahələrində təcrübəyə malik olduğu bildirilib.

İclasda daha təhlükəsiz təchizat zəncirlərinin yaradılması məqsədilə iki ölkə arasında biznes və akademik sahədə əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəlindiyi qeyd olunub.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp