Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Rehman Baba Express qatarının Multan yaxınlığında relsdən çıxması nəticəsində baş verən qəza ilə bağlı açıqlama verib.

İnsan itkilərindən dərin kədər duyduğunu bildirən Dar həyatını itirənlərin yaxınlarına başsağlığı verib və yaralılara tezliklə şəfa tapmalarını arzulayıb.

Dar açıqlamasında deyib: “Bu çətin zamanda Allahdan həyatını itirənlərin ailələrinə səbir və güc verməsini, yaralanan hər kəsə isə tezliklə şəfa nəsib etməsini diləyirəm”.

Pakistanın Baş naziri Şahbaz Şərifin və hökumətin qəzadan dərin narahatlıq keçirdiyini bildirən Dar qeyd edib ki, aidiyyəti qurumlara yaralılara operativ tibbi yardım göstərilməsi, qəzadan zərər çəkən sərnişinlərə və onların ailələrinə lazımi köməyin təmin edilməsi, xilasetmə qrupları və ilkin müdaxilə əməkdaşlarının tələb olunan dəstəyi göstərməsi barədə göstərişlər verilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp