Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-ın Çabahardakı dəniz müşahidə qülləsinə və ölkənin müxtəlif bölgələrində yerləşən mülki infrastruktur obyektlərinə hücumlar təşkil etdiyini iddia edib.

Bəqai Xarici İşlər Nazirliyi adından verdiyi açıqlamada bildirib ki, iyunun 16-da ABŞ Çabaharda dəniz təhlükəsizliyi və gəmiçiliyə xidmət göstərən müşahidə qülləsini hədəfə alıb.

Bəqai həmçinin iddia edib ki, ABŞ son olaraq Cask şəhərinin Bunci körpüsündəki elektrik qurğularına və dəniz suyunun duzsuzlaşdırılması nasoslarına da hücum edib və nəticədə 10 mindən çox insan içməli suya çıxış imkanını itirib.

Bəqai bildirib ki, bu hücumlar beynəlxalq hüquqa və mülki şəxslərin qorunmasına dair prinsiplərə ziddir və ABŞ ilə onun müttəfiqlərini tənqid edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp