Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəqai Oman Sultanlığına rəsmi səfər çərçivəsində paytaxt Maskatda görüşlər keçirdiklərini açıqlayıb.

Bildirilib ki, bu səfər İranın xarici işlər naziri Abbas Araqçinin son regional hadisələrdən sonra Körfəz bölgəsinə ilk səfəridir.

Bəqai regional hadisələrə də toxunaraq deyib: “Bu, ABŞ-İsrail son təcavüzündən sonra daha geniş bölgəyə təsir edən hadisələrdən sonra nazir Araqçinin bölgəyə ilk səfəridir.”

İranın qonşularla münasibətlərinə önəm verdiyini vurğulayan Bəqai bildirib: “İran Körfəz ölkələri ilə əlaqələrinə böyük əhəmiyyət verməyə davam edir və qarşılıqlı etimadı gücləndirməyə, konstruktiv əməkdaşlığı artırmağa sadiqdir.”

Omanla münasibətlərin xüsusi yer tutduğunu qeyd edən Bəqai deyib: “Oman-İran münasibətləri qarşılıqlı hörmət və ortaq maraqlar əsasında İranın qonşularına qarşı konstruktiv yanaşmasının konkret nümunəsidir.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp