Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

BMT-nin Baş katibi Antonio Quterreş iqlim fəaliyyətinin Birləşmiş Millətlər Təşkilatının işinin mərkəzində qalmalı olduğunu bildirib.

Quterreş sosial media hesabında paylaşdığı açıqlamada iqlim fəaliyyətinin yalnız ekoloji məsələ olmadığını qeyd edərək deyib: “İqlim fəaliyyəti BMT-nin işinin mərkəzində qalmalıdır. Çünki bu, sülhlə bağlıdır. İnkişaf, insan hüquqları və ədalətlə bağlıdır”.

İqlim böhranının ölkələrin təkbaşına həll edə biləcəyi məsələ olmadığını vurğulayan Quterreş bildirib: “Nəticə etibarilə məsələ beynəlxalq əməkdaşlığın heç bir ölkənin təkbaşına həll edə bilməyəcəyi çətinliklərin öhdəsindən gəlib-gələ bilməyəcəyidir. Mən bunun mümkün olduğuna inanıram. Və bu, mütləq baş verməlidir”.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp