Bəqai: Regiondakı hadisələrə görə ABŞ məsuliyyət daşıyır
Tehran, 4 avqust (Hibya) – İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai regionda baş verən hadisələrə görə məsuliyyətin ABŞ-ın üzərinə düşdüyünü bildirib və hərbi hücumları dəstəkləyən ölkələri də tənqid edib.
İran Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada Bəqainin fikirlərinə yer verilib.
Bəqai deyib: “Regionda və onun hüdudlarından kənarda baş verən hər şeyə görə məsuliyyət bu hərbi təcavüzü başladan ABŞ-ın və əlbəttə ki, müxtəlif formalarda təcavüzkarların cinayətlərinə şərik olmağı seçən hər kəsin üzərinə düşür.”
Azərbaycan İnformasiya Agentliyi