Bəqayi: İranlı kimliyimiz ruhumuza hopmuş ünsürlərdir
Tehran, 7 oktyabr (Hibya) - İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi iranlı şair Söhrab Sepehrinin doğum gününü təbrik edərək vətən, kimlik, inanc və mədəniyyətin iranlıların ruhuna hopmuş ünsürlər olduğunu bildirib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Söhrab Sepehrinin doğum günü münasibətilə yayımladığı mesajda vətən, kimlik, inanc və mədəniyyət kimi ünsürlərin daim dilə gətirilməsinə ehtiyac olmadığını bildirib.
Bəqayi qeyd edib ki, bu ünsürlər yağışdan sonra torpağın qoxusu, qocaman sərv ağacı və insan ruhunu ucaldan bir şeir kimi iranlıların ruhuna hopub.
Bəqayi mesajında Sepehrinin “Mən müsəlmanam, qibləm qırmızı bir çiçəkdir” misrası ilə başlayan şeirindən sitatlar gətirərək, “Kaşanın coşqun şairinin doğum gününü qeyd edirik” ifadəsini işlədib.
Azərbaycan İnformasiya Agentliyi