Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Bondi ABŞ Ədliyyə Nazirliyi, Federal Təhqiqat Bürosu (FBI) və Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) birgə bəyanatında Nikolas Maduronu ABŞ ədalət mühakiməsinə təslim etmək üçün mürəkkəb hüquq-mühafizə əməliyyatının uğurla icra edildiyini açıqlayıb.

Bəyanatda deyilir: “Bu əməliyyat aylarla davam edən koordinasiya, detallı planlaşdırma və federal hökumətin bir çox qurumları arasında qüsursuz icra tələb edirdi. Bu fövqəladə səylərə Müdafiə Nazirliyi rəhbərlik edib. Cəsur əsgərlərimizə nə qədər təşəkkür etsək azdır.”

Əməliyyat çərçivəsində taktiki və nəqliyyat qrupları, FBI və DEA-nın xüsusi heyəti, Müdafiə Nazirliyi, Ədliyyə Nazirliyinin vəkilləri və digər bölmələrin yüksək riskli təqsirləndirilən şəxslərin təhlükəsiz daşınması və təslimi üçün birgə çalışdığı bildirilib.

Bəyanatda bütün personalın ABŞ qanun və protokollarına ciddi şəkildə riayət edərək peşəkar və qətiyyətli şəkildə hərəkət etdiyi vurğulanıb.

Bondi əlavə edib ki, əməliyyat həmçinin bölgədə zorakılığı qızışdıran, sabitliyi pozan və amerikalıların həyatına birbaşa təsir göstərən iri miqyaslı narkotik qaçaqmalçılığı və əlaqəli cinayətlər üzrə davam edən araşdırmaları dəstəkləməyi hədəfləyir.

Bəyanatda qeyd olunub: “ABŞ bu məsələni sülh yolu ilə həll etmək üçün bütün hüquqi imkanlardan istifadə edib. Lakin bu imkanlar dəfələrlə rədd edilib. Bu nəticənin məsuliyyəti cinayət fəaliyyətlərini dayandırmaq əvəzinə davam etdirməyi seçənlərin üzərinə düşür.”

Bəyanat Ədliyyə Nazirliyinin hesabatlılıq, qanunun aliliyi və ABŞ-ın milli təhlükəsizliyinin qorunmasına sarsılmaz sadiqliyini əks etdirərək, federal hüquq-mühafizə orqanları və əməkdaşlıq edilən bütün qurumlarla fəxr edildiyini bildirib və “Tanrı Amerikanı və Prezident Trampı qorusun” sözləri ilə yekunlaşıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp