Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Budris qeyd edib ki, Rusiyanın NATO hava məkanını pozması artıb və pilotsuz uçuş aparatlarının Rumıniyaya daxil olması sərhədləri yoxlamaq üçün növbəti cəhddir.

O vurğulayıb ki, NATO artıq cavab verir, bu da “Eastern Sentry” əməliyyatı və Alyansın şərq cinahındakı mövqeyinin gücləndirilməsi ilə görünür və əlavə edib:

“Aİ də Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməli və Ukraynaya maliyyə dəstəyini artırmalıdır. Əgər icazə versək, Putin bizi sınamaqda davam edəcək. NATO-nun ön cəbhəsi dişinə qədər silahlanmalıdır ki, heç kim bizim qətiyyətimizi şübhə altına almağa cəsarət etməsin.”

Budris vurğulayıb ki, Litva Rumıniya ilə çiyin-çiyinə dayanır və NATO-nun müdafiə mövqeyini gücləndirməyə hazırdır.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp