Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Xarici İşlər Nazirliyinin açıqlamasında Maltanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə, Rusiyanın təcavüzünə qarşı nümayiş etdirdiyi mövqeyə və hesabatlılıq məsələsində qətiyyətinə yüksək dəyər verildiyi bildirilib.

Açıqlamada Maltanın Ukraynanın Avropa yoluna verdiyi dəstək də qeyd olunub, ukraynalı uşaqların evlərinə qaytarılması istiqamətində göstərilən səylərə, Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsinə və sanksiyalardan yayınmanın qarşısının alınmasına yönəlmiş işlərə görə təşəkkür edilib.

Açıqlamada, “Ədalət, təhlükəsizlik və davamlı sülh naminə tərəfdaşlığımızı daha da dərinləşdirməyi səbirsizliklə gözləyirik.” ifadələrinə yer verilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp