Bolqarıstandan Ermənistana Müstəqillik Günü mesajı
Sofiya, 21 sentyabr (Hibya) - Bolqarıstan Xarici İşlər Nazirliyi Ermənistanı və erməni xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
Bolqarıstan Xarici İşlər Nazirliyinin açıqlamasında Bolqarıstanın Ermənistanla köklü dostluğa və sıx əlaqələrə böyük əhəmiyyət verdiyi bildirilib.
Açıqlamada Bolqarıstan-Ermənistan strateji tərəfdaşlığının sülhə, rifaha və ortaq dəyərlərə töhfə verərək daha da dərinləşməyə və inkişaf etməyə davam edəcəyinə inam ifadə olunub.
Azərbaycan İnformasiya Agentliyi