Çilidə zəlzələ baş verib
Santyaqo, 15 oktyabr (Hibya) – Çilidə 5,6 bal gücündə zəlzələ baş verib.
ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələ saat 14:43-də Ovalle şəhərindən 36 kilometr cənub-qərbdə, 32,1 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələnin gücü 5,6 bal olaraq ölçülüb.
Azərbaycan İnformasiya Agentliyi