Çindən Yaxın Şərqdə yenidən artan gərginliklə bağlı təmkin çağırışı
Çin Xarici İşlər Nazirliyi Yaxın Şərqdə yenidən artan gərginlikdən dərin narahatlıq duyduğunu bildirib və münaqişə tərəflərini sakit və təmkinli davranmağa çağırıb.
Çin Xarici İşlər Nazirliyi Yaxın Şərqdə yenidən artan gərginlikdən dərin narahatlıq duyduğunu bildirib və münaqişə tərəflərini sakit və təmkinli davranmağa çağırıb.
Nazirliyin sözçüsü Lin Jian bu gün keçirilən növbəti mətbuat konfransında Yaxın Şərqdə yenidən artan gərginliklə bağlı suala cavab verərək, Çinin baş verən hadisələrdən dərin narahatlıq keçirdiyini bildirib.
Tərəfləri sakit və təmkinli olmağa çağıran Lin, hərtərəfli və davamlı atəşkəsin tezliklə təmin olunması üçün münaqişəni daha da qızışdıracaq addımlardan çəkinməyin, gərginliyin azaldılması istiqamətində konkret tədbirlər görməyin və fikir ayrılıqlarını siyasi və diplomatik yollarla həll etməyin vacibliyini vurğulayıb.
ABŞ bu gün İrana qarşı üç dalğa hücum həyata keçirib. İran isə cavab olaraq ABŞ-ın İordaniya, Küveyt və Bəhreyndəki hərbi bazalarına zərbələr endirib.
Azərbaycan İnformasiya Agentliyi