Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri senator Məhəmməd İshaq Dar ÇKP-nin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Liu Hayşinqlə görüşərək strateji əməkdaşlığı müzakirə edib.

Dar, Çin Kommunist Partiyasının 20-ci Mərkəzi Komitəsinin 4-cü Plenumunun uğurla keçirilməsi münasibətilə Hayşinqi təbrik edib.

Açıqlamada qeyd olunub: “Tərəflər ikitərəfli münasibətlərin sabit və gələcəyə yönəlik inkişafından məmnunluqlarını ifadə edərək, qarşılıqlı təmasları, regional prosesləri və Çin–Pakistan İqtisadi Dəhlizi (CPEC) çərçivəsində müxtəlif layihələrdə əldə olunan irəliləyişləri nəzərdən keçiriblər.”

Görüşdə diplomatik münasibətlərin qurulmasının 75-ci ildönümünün layiqli və mənalı şəkildə qeyd olunması barədə razılıq əldə edilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp