Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Xorvatiyanın Baş naziri Andrej Plenkovic Zaqrebdə keçirilən Səfirlər, Baş konsullar, Konsullar və Hərbi Attaşelər Konfransı çərçivəsində Xorvatiyada səfərdə olan Slovakiyanın xarici və Avropa işləri naziri Juraj Blanarı qəbul edib.

Plenkovic Xorvatiya və Slovakiya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin bir daha təsdiqləndiyini bildirərək iqtisadi əməkdaşlığın daha da gücləndirilməsinə və enerji təhlükəsizliyinə xüsusi əhəmiyyət verdiklərini qeyd edib.

Plenkovic Üç Dəniz Təşəbbüsü vasitəsilə Mərkəzi və Cənub-Şərqi Avropa arasında bağlantıların gücləndirilməsinin də müzakirə edildiyini bildirib və Slovakiyanın Xorvatiyadan sonra 2027-ci ildə təşəbbüsə növbəli sədrliyi üzərinə götürəcəyini qeyd edib.

Plenkovic həmçinin iki ölkədə milli azlıqların hüquqlarının qorunmasına, onların dil, mədəniyyət və təhsil irsinin mühafizəsinə sadiqliklərini vurğulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp